Bu gün futzal üzrə Yüksək Liqada V turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun oyunları Bakı İdman Sarayında baş tutub. Tura “Xilə” - “Alyans” oyunu ilə start verilib. Üç qolun qeydə alındığı bu görüş xiləlilərin qələbəsiylə yekunlaşıb. Günün digər oyunlarında “Neftçi” İK “Baku Fire” ilə, U-19 millimiz isə “Record”la qarşılaşıb. Bu görüşlər daha məhsuldar alınıb. “Neftçi” “Baku Fire” ilə oyundan məğlubiyyətlə ayrılıb. Əvvəlki oyunlarında məğlub olmuş U-19 yığmamız da bu dəfə ilk qələbəsini rəsmiləşdirib. V turun EKOL – “Araz” (Naxçıvan) oyunu noyabrın 9-da keçiriləcək. Yüksək Liqa V tur 29 oktyabr Xilə - Alyans (Lənkəran) 2:1 Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Hüseyn Əsgərov. Hakim-inspektor: Murad məmmədov. Bakı İdman Sarayı. Saat 13:30. Neftci İK - Baku Fire 3:5 Hakimlər: Ziya Nəsirov, Etibar Həsənov, Mahir Məmmədov. Hakim-inspektor: Azər Əsgərov. Bakı İdman Sarayı. Saat 15:30. U-19 – Record 9:8 Hakimlər: Hikmət Qafarlı, Nail Nağıyev, Vüsal Balaşov. Hakim-inspektor: Ramiz Əsədov. Bakı İdman Sarayı. Saat 17:30. Xal durumu: EKOL – 12, Araz – 12, Baku Fire – 9, Record – 6, Neftçi İK – 6, Xilə – 6, Alyans – 3, U-19 – 3.