Tuxel nəyə işarə etdi?

Tuxel nəyə işarə etdi?

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel (Thomas Tuchel) "Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Holandın (Erlig Haaland) mümkün transferi barədə danışıb.

Fanat.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis "Sport Bild" nəşrinə açıqlamasında məsələ ilə bağlı bunları söyləyib: 

"Holand haqqında müntəzəm olaraq danışırıq. Çünki o, fantastik oyunçudur və Çempionlar Liqasındakı mümkün rəqibimizdir. Yay "transfer pəncərəsi" dövründə onun keçid ehtimalını bir neçə dəfə müzakirə etdik, amma bu, real görünmürdü, onu kluba cəlb etməyə yaxın deyildik. Ancaq gəlin, qarşıdakı həftələrdə işlərin necə gedəcəyini gözləyək".

Holand və onunla eyni mövqe futbolçusu olan Romelu Lukakunun eyni komandada necə bir araya gələ biləcəyi sualına isə Tuxel gülümsəyərək  "Belə şeylər mənim üçün problem deyil. Amma tələsməyək, gələcəkdə işlərin necə gedəcəyini gözləyək", - deyə cavab verib. 

Xatırladaq ki, ötən gün "Çelsi" ÇL-in 3 turunda "Malmö"nu (İsveç) qəbul edib və 4:0 hesabı ilə qələbə qazanıb. Oyundan sonra Tomas Tuxel Almaniyanın "Sport Bild" nəşrinin əməkdaşları tərəfindən "İlin ən yaxşı məşqçisi" mükafatı ilə təltif edilib. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər