FİFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adlarını elan edib.
Fanat.Az xəbər verir ki, kişilərdən “The Best” mükafatına "Çelsi"nin almaniyalı çalışdırıcısı Tomas Tuxel layiq görülüb.
O, İtaliya millisindəki həmkarı Roberto Mançini ilə İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Quardiolanı geridə qoyub.
"Çelsi"nin qadınlardan ibarət komandasına rəhbərlik edən Emma Heyz isə ən yaxşı qadın baş məşqçi seçilib.