Almaniyanın üçüncü Bundesliqasında 36-cı turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının “milliləşdirilmiş” hücumçusu Tuğrul Eratın komandası "Duysburq" "Sportfrunde Lotte"ni qəbul edib.
Hərəyə bir qol vuran tərəflər meydandan sülhlə ayrılıb. Tuğrul matça start “11-lik”də başlayıb və final fitinədək əvəzlənməyib.
Qeyd edək ki, "Duysburq" 36 turdan sonra 62 xalla liderliyini davam etdirir.
Fanat.Az