Türk model: "Ronaldo məni evinə dəvət etdi..."

Türk model: "Ronaldo məni evinə dəvət etdi..."
Türk model Cansu Taşkın Kriştiano Ronaldo ilə bağlı etiraflar edib. Fanat.Az xəbər verir ki, 23 yaşlı gözəl "Real"ın ulduzunun onu evinə dəvət etdiyini bildirib: 
"Ronaldo mənə "Instagram"dan mesaj göndərdi. Təbii ki, bu məni şoka saldı. Məni Madridə dəvət etdi, amma getmədim. Dünyaca məşhur sima ola bilər, amma ora getməyim doğru olmazdı. Daha sonra filminin Londonda keçirilən qalasına dəvət etdi, onu da qəbul etmədim. Getmədiyim üçün aramızda soyuqluq yarandı. İndi artıq uşaqları var, amma hələ də dostluğumuz qalır. Arada danışırıq, amma aramızda başqa münasibət yoxdu. Həyatında bir qadın var. Mən elə insan deyiləm ki, onunla görüşüm".
Türk model: "Ronaldo məni evinə dəvət etdi..."
Cansu Türkiyədəki ən yaraşıqlı futbolçularla bağlı suala belə cavab verib: "Türkiyədə varmı? O zaman öz komandamdan seçim. Birinci yerdə Volkan Dəmirəl, ikinci yerdə Burak Yılmazdı. Türkiyədən getsə də, üçüncü yerdə Uesli Sneyderi görürəm. Təbii ki, Aleks ilk sıradadı. Amma indi Türkiyədə olmadığı üçün onun adını demirəm".
Türk model: "Ronaldo məni evinə dəvət etdi..."
Bir zamanlar adı baş məşqçi Yılmaz Vuralla yanaşı çəkilən model bu iddialarla bağlı da danışıb: "Bu xəbərlər çıxanda Yılmaz abi mənə zəng etdi, danışdıq. Onun ailəsi ilə mənim ailəm illərdi tanışdı. Yılmaz abi mənim atam kimidi".
Türk model: "Ronaldo məni evinə dəvət etdi..."
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər