"Denizlispor"un heyətində kütləvi yoluxma aşkarlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə I Liqa təmsilçisinin 18 üzvünün testi müsbət çıxıb. Onlardan 8-nin futbolçu olduğu açıqlanıb.
"Denizlispor" yanvarın 8-də "Bandırmaspor"a qarşı XIX tur qarşılaşmasının təxirə salınması üçün federasiyaya müraciət edib.