Türk klubunda yeni hücumçu

Türk klubunda yeni hücumçu
Türkiyənin "Rizəspor” klubu heyətini yeni transferini həyata keçirib. 
 
Fanat.Az xəbər verir ki, bu barədə Rizə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Komanda "Balıkəsirspor”un gənc hücumçusu Celal Emir Dedeni rənglərinə bağlayıb. 20 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalanıb. 
Qeyd edək ki, "Balıkəsirspor”un öz yetirməsi olan Celal Emir Dede 2019-cu ildən klubun əsas komandasında çıxış edirdi. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər