"Turan Tovuz"dan növbəti transfer

"Turan Tovuz"dan növbəti transfer

"Turan Tovuz" növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, Tovuz klubu 27 yaşlı gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidze ilə anlaşıb. 

Onunla 1 illik müqavilə bağlanıb.

Son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir. O, vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin də formasını geyinib.

Marakvelidze son mövsümdə “Dila”nın heyətində 12 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər