Türam gedir - Klub rəsmisi təsdiqlədi

Türam gedir - Klub rəsmisi təsdiqlədi

Markus Türam yayda Münhenqladbax "Borussiya"sını tərk edəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun idman direktoru Roland Virkus təsdiqləyib. 

"L’Equipe" nəşrinə danışan "Borussiya" rəsmisi bildirib ki, 25 yaşlı fransalı hücumçu mövsümün sonunda komandadan ayrılacaq: "Biz artıq onun daha böyük kluba keçəcəyi faktını qəbul etməliyik". 

Qeyd edək ki, Türamın Almaniya təmsilçisi ilə müqaviləsi bu ilin iyun ayında başa çatır. 2019-cu ildən "Borussiya"da çıxış edən futbolçu 96 matçda meydana çıxıb və aktivində 31 qol var. Onun xidmətində "Liverpul", "Tottenhem", "Arsenal" və "Atletiko Madrid" kimi klublar maraqlıdır.

Röya 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər