Beynəlxalq Triatlon Birliyi (BTİ) yeni mövsümün təqvimini açıqlayıb.
Fanat.Az xəbər verir ki, mövsüm mayın 8-9-da Osakada (Yaponiya) keçiriləcək dünya kuboku ilə açılacaq. Cari ildə, ümumilikdə, 9 turnirin təşkili planlaşdırılır. Dünya triatlon seriyasına gəlincə, ilk mərhələ mayın 15-də Yokohamada (Yaponiya) baş tutacaq.
Əvvəllər qurumun İcraiyyə Komitəsi Olimpiya seçmə yarışlarının mayın 1-dən sonra davam etdirilməsinə qərar verib.
Fanat.Az