“Traktor”un məğlubiyyətinə dözmədi, ürəyi dayandı

“Traktor”un məğlubiyyətinə dözmədi, ürəyi dayandı

Cənubi Azərbaycan təmsilçisi "Traktor"un azarkeşi komandanın məğlubiyyətinə dözməyərək ölüb.

Fanat.Az xəbər verir ki, hadisə İran çempionatının XIII turunun “Persepolis” - “Traktor” oyunundan sonra baş verib.

Təbriz təmsilçisinin 1:2 hesablı məğlubiyyətindən sonra Rasul Musavipur adlı azarkeş ürəktutmasından vəfat edib.

Qeyd edək ki, 13 görüşdə cəmi 11 xal toplayan "Traktor" 16 komanda arasında 13-cüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər