"Kayserispor"un yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, Təbrizin "Traktorsazi" klubundan ayrılan Ərtuğrul Sağlam Kayseri təmsilçisinə başçılıq edəcək. 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ərtuğrul Sağlam 2010-cu ildə "Bursaspor"u tarixində ilk dəfə Türkiyə çempionu edib.
Fanat.Az