"Traktorsazi" səfərdə büdrədi

"Traktorsazi" səfərdə büdrədi

İran çempionatında 19-cu turun oyunları keçirilib.

 

 

Fanat.Az xəbər verir ki, Təbriz təmsilçisi "Traktorsazi” də növbəti matçına çıxıb.

Güney Azərbaycan komandası "Saypa”nın qonağı olub. "Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı kollektiv oyundan qolsuz heç-heçə ilə ayrılıb.

Təbrizin digər təmsilçisi - "Maşinsazi” isə bu turda doğma meydanda "Paykan”a uduzub - 0:1.

Hazırda "Traktorsazi” 16 iştirakçı arasında 34 xalla 5-ci pillədə qərarlaşıb. "Maşinsazi” isə 21 xalla 8-cidi.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər