İran çempionatında IV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, "Traktosazi" bu turda "Saypa"nı qəbul edib. "Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşakın çalışdırdığı Təbriz klubu doğma meydanda 1:0 hesablı qələbə qazanıb. Bu "Traktorsazi"nin mövsümdə ilk qələbəsi olub.
Təbrizin digər təmsilçisi "Göstəriş” isə səfərdə "Paykan” ilə üz-üzə gəlib. Bu qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, 4 turdan sonra 5 xalı olan "Traktorsazi” 16 iştirakçı arasında 9-cu, "Göstəriş” isə 4 xalla 10-cu pillədə qərarlaşıb.
Fanat.Az