İran çempionatında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” Təbrizdə “Malavan”la qarşılaşıb.
"Qırmızı qurdlar" yarımsaatın tamamında Məhəmməd Ağacanpurun vurduğu qolla hesabda önə keçsə də, 40-cı dəqiqədə hakimin təyin etdiyi penaltidən sonra üstünlüyü əldən verib. İkinci hissədə isə başqa qol olmayıb. Beləliklə, Kurban Berdiyevin yetirmələri evdə xal itkisiylə barışıb – 1:1.
“Traktor” 11 turdan sonra 15 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.