TPL-in bütün oyunlarının start saatı bəllidi

TPL-in bütün oyunlarının start saatı bəllidi

Topaz Premyer Liqasının V turunda keçiriləcək bütün oyunların başlama vaxtı müəyyənləşib. Fanat.Az saytının məlumatına görə, “Neftçi” – “Zirə” qarşılaşmasından sonra digər 3 görüşün start saatı bəllidi. 

 

Sentyabrın 16-da “İnter Arena”da baş tutacaq “İnter” – “Sumqayıt” oyunu saat 16:30-da start götürəcək.

 

Sentyabrın 17-də isə əvvəlcə “Qarabağ”la “Kəpəz” meydana çıxacaq. Son çempionla gəncəlilərin Tofiq Bəhramov adına Respublika stadionundakı dueli 18:30-da başlayacaq. Saat 21:00-da isə “Dalğa Arena”da “Səbail”lə “Qəbələ” üz-üzə gələcək.

 

Qeyd edək ki, “Neftçi” – “Zirə” matçının start fiti saat 19:00-da veriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər