Tovuzda insident

Tovuzda insident

Premyer Liqanın 29-cu turunun “Turan Tovuz” – “Şamaxı” matçında insident qeydə alınıb.

Fanat.Az xəbər verir ki, 1:1 hesabıyla bitən matçdan sonra yerli fanatların bir qismi Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasovu istefaya səsləyib.

Bu isə gənc mütəxəssisin ürəyincə olmayıb. O, istefa şüarı səsləndirən fanatlara yaxınlaşmağa çalışsa da, klubun icraçı direktoru Nadir Nəbiyev baş məşqçini sakitləşdirərək buna imkan verməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər