Tottinin 20 illik evliliyi sona çatdı

Tottinin 20 illik evliliyi sona çatdı

"Roma"nın canlı əfsanəsi Françesko Totti həyat yoldaşından - italiyalı teleaparıcı İlari Blasidən ayrılıb.

Fanat.Az ANSA-ya istinadən xəbər verir ki, cütlüyün 20 illik evliliyi sona çatıb.

Məlumatı Totti də təsdiqləyib: "Ailəmdəki problemi aradan qaldırmağa çalışdım. Amma bu gün anlayıram ki, ayrılıq seçimi ağrılı olsa da, qaçılmazdır".

Qeyd edək ki, Totti və Blasinin üç övladı var.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər