"Roma"nın sabiq hücumçusu Françesko Totti UEFA-dan B kateqoriyası almaq üçün məşqçilik kurslarına qatılmayacaq. Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, ötən mövsümün sonunda karyerasını bitirən və sadiq qaldığı kluba direktor təyin edilən canlı əfsanə fikrini dəyişib.
Səbəb isə sadədi: Françesko kursları müntəzəm ziyarət etməyə vaxt tapmır. İtaliya Məşqçilər Assosiasiyası (AIAC) "sadiq canavar"ın imtinasıyla bağlı bəyanat yayıb: "Ümid edirik ki, bu müvəqqətidi. Tottinin qərarına görə üzülsək də, onu yenidən görəcəyimizə ümidvarıq".
Qeyd edək ki, 41 yaşlı veteran ötən ay kurslara qatılmaq fikrinə düşmüşdü.
Fanat.Az