“Torino” səfərdən 1 xalla döndü

“Torino” səfərdən 1 xalla döndü

İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Empoli” evdə “Leççe”ni tək qolla üstələyib. “Sassuolo” - “Torino” matçında isə qalib müəyyənləşməyib.

Hazırda 71 xala malik “Napoli” vahid liderdir. “Latsio” 55 xalla ikinci, “Milan” 51 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”lə “Roma”nın 50, “Atalanta”nın 48 xalı var. 15 xalı silinmiş “Yuventus” isə hazırda 44 xala malikdir.

İtaliya A Seriyası 28-ci tur 1 aprel

Kremoneze – Atalanta 1:3 Qol: Çiofani, 56-pen – De Run, 44. Boqa, 72. Lukman, 90+3.

İnter – Fiorentina 0:1 Qol: Bonaventura, 53.

Yuventus – Verona 1:0 Qol: M.Kin, 56.

2 aprel

Bolonya – Udineze 3:0 Qol: Poş, 3. Moro, 12. Barrou, 49.

Montsa – Latsio 0:2 Qol: Pedro, 13. Milinkoviç-Saviç, 56.

Spetsiya – Salernitana 1:1 Qol: Şomurodov, 70 – Kaldara, 43-öz qapısına.

Roma – Sampdoriya 3:0 Qol: Veynaldum, 57. Dibala, 88-pen. El Şaaravi, 90+4.

Napoli – Milan 0:4 Qol: Leao, 17; 59. B.Dias, 25. Salemakers, 67.

3 aprel

Empoli – Leççe 1:0 Qol: Kaputo, 62-pen.

Sassuolo – Torino 1:1 Qol: Pinamonti, 36 – Sanabriya, 66.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər