Toni Kroos 0:6-nı şərh etdi

Toni Kroos 0:6-nı şərh etdi
"Bilmirəm nə danışım... Çox üzücü yenilgidir".
Fanat.Az xəbər verir ki, bunu Millətlər Liqasının son turunda İspaniyaya 0:6 hesabı ilə uduzan Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos deyib.
Madrid "Real"ının üzvü əlavə edib: "Bunu həzm etmək çətindir. İspanlar bizə necə müdafiə olunmaq, topla və topsuz necə oynamaq lazım olduğunu əyani şəkildə göstərdilər".
Qeyd edək ki, İspaniya 11 xal toplayaraq UEFA Millətlər Liqasının final mərhələsinə yüksəlib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər