Tomas Tuxelin maaşı bəlli oldu

Tomas Tuxelin maaşı bəlli oldu

"Bayern Münhen"in yeni baş məşqçisi Tomas Tuxelin maaşı bəlli olub.

Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis hər mövsüm təxminən 10-12 milyon avro qazanacaq.

Tuxelin təyinatı rəsmi olaraq martın 24-də elan edilib. O, komandanın sükanı arxasında Yulian Nagelsmanı əvəzləyib. Tərəflər arasında 2025-ci ilin ortalarına qədər hesablanan anlaşma imzalanıb.

“Bayern” Almaniya Bundesliqasında turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Münhen klubu Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər