Tomas Tuxel Manenin başına oyun açdı - VİDEO

Tomas Tuxel Manenin başına oyun açdı - VİDEO

Almaniya mətbuatı "Bayern Münhen"in düşərgəsində "suların durulduğunu" iddia edib.

Fanat.Az xəbər verir ki, komandanın son məşqində yaşananlar da ab-havanın düzəldiyinə işarədir. 

Belə ki, futbolçular arasındakı gərginliyi aradan qaldırmağa çalışan baş məşqçi Tomas Tuxel xüsusilə Sadio Maneyə daha çox vaxt ayırır. Hansı ki, seneqallı futbolçu Çempionlar Liqasında “Mançester Siti” ilə ilk matçdan sonra Leroy Sane ilə insident yaşadığı üçün klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Tomas Tuxel son məşqdə Sadio Mane ilə əylənərək, onun əhvalını düzəltməyə çalışıb. Belə ki, alman mütəxəssis heç nədən xəbərsiz Manenin şortikini aşağı çəkərək cəld ondan uzaqlaşıb.Baş məşqçinin bu hərəkəti kameralara tuş gəlib:

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər