Hücumçu Tomas Müller 2021/22 mövsümü üçün "Bayern Münhen"in ən yaxşı oyunçusu seçilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsi nəticəsində Camal Musiala (19%) ikinci, Robert Levandovski üçüncü (18%) olub.
Müller 26 faiz səslə komanda yoldaşlarını qabaqlayıb.
32 yaşlı alman futbolçu ötən mövsüm 45 oyuna çıxıb, 13 qol vurub və 25 məhsuldar ötürmə verib.
Emin