Tokio 2020: Atletlərimiz startı gözləyir

Tokio 2020: Atletlərimiz startı gözləyir

Tokio 2020 Yay Paralimpiya Oyunlarının atletika yarışlarında bu gün Azərbaycanın üç təmsilçisi çıxış edəcək.

Fanat.Az xəbər verir ki, nizəatma üzrə yarışan Orxan Qasımov (F13) Paralimpiadada debüt edəcəksə, avqustun 31-də 100 metr məsafəyə qaçışda gümüş medal qazanan Lamiyə Vəliyeva və dördüncü olan Yuliya Yanovskaya (T13) bu dəfə 400 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq.

Qasımov Bakı vaxtı ilə 15:26-da finalda, Yanovskaya və Vəliyeva isə 16:21-dən etibarən təsnifat mərhələsində mübarizə aparacaq. Qadınların 400 metr məsafəyə qaçış üzrə final yarışı sentyabrın 4-də baş tutacaq.

Qeyd edək ki, Azərbaycan komandasının hesabında hazırda 16 medal var. Bunlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Millimiz medal sıralamasında 10-cu yerdə qərarlaşıb. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər