Tipik çayxana dialoqu-XƏYALLARIN QANADINDA

Tipik çayxana dialoqu-XƏYALLARIN QANADINDA

"Nefçi" - "Qarabağ" matçının nəfəsləri kəsəcək mücadilə olacağına şübhə etməyə dəyməz. Bütün Azərbaycan çempionatlarının iştirakçısı olan ölkə təmsilçilərinin sabahkı duelindən öncə iki futbolsevərin çayxanada nə danışdığını eşitməyin də öz yeri var.

- Gördün, “Qarabağ” “Bordo”nu nə günə saldı?

Hə. “Ayntraxt”ı keçən komanda fransızları udmayacaqdı ki?

- Vüqar Nadirovun ikinci qolu ləzzət elədi eee.

- Reynaldonun verdiyi pası niyə demirsən?

- Özüm ölüm, Qurbanov Vüqarı əvəzləməsəydi birini də vuracaqdı.

- Əvəzinə Leroy Corcu buraxdı. Corc pis oynadı ki? Elə üçüncü qolun ötürməsini o verdi də.

- Heyif, “Neftçi” PAOK-a uduzdu...

- Uduzmağına uduzdu. Amma 1:2 Azərbaycansayağı məğlubiyyət deyildi. Bizimkilərin 3-4 yaxşı qol vəziyyəti oldu. Hələ Çempionlar Liqasının püşkatmasından əvvəl də demişdim ki, flaqman azı Avroliqanın qrupundadı.

- Öz aramızdı, “Neftçi”nin bəxti də gətirdi.  Skenderbeu“du, “Şkenderbü”dü, nədi, onları uddular bir də qazaxları.

- ÇL-in pley-offunda “Seltik”ə uduzmasalar, lap super olardı eee.

- Hə, sən öl. Bertuççi Bakıdakı oyunda “qırmızı” almasaydı, şotlandlar o penaltini vurmasaydı, keçə bilərdilər.

- Qulaq as bunlar sabah “Bakcell Arena”da çempionat oyununa çıxır. Bəs PFL niyə oyunu təxirə salmayıb?

- AL-in qrupunun ikinci turuna görə deyirsən?

- Hə.

- Özləri istəməyiblər. Ağzında “Avropa derbisi” deyirsən. Qırğın olacaq!

- Sabah da Avroliqada uduzanda yorğunluqdan danışacaqlar.

- Hələ AL-in oyunlarına çox var. Oktyabrın 3-dədi.

- “Qarabağ” evdə oynayacaq?

- Yox, səfərdə APOEL-lə.

- Bəs “Neftçi”?

- Hayfa “Makkabi”si ilə, evdə.

- Hansı, o “Xəzər Lənkəran”a iki oyuna 10 top vuran?

-  ... (başını yelləməklə kifayətlənir)

- Burda oynadıqlarına baxma, güclü komandadı. “Neftçi”yə də vursa, daha heç nə...

- İnanmıram, “Neftçi” uduzsun. O da bir iş idi. Mərc gəlirəm, “Makkabi”ni Bakıya gəldiyinə peşiman edəcəklər.

- Sabahkı oyuna bir gedək?

- Gedək də...

- Bilet tapa biləcəyik?

- Məndə var. Sənə də taparıq. Uzağı 5-10 manat olacaq. Bir saat tez çıxarıq ki “probka”ya düşməyək. Çayını iç, duraq. Mən hələ poçta gedib, qazpulu ödəməliyəm.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər