Teymur Rəcəbovun daha iki rəqibi müəyyənləşdi

Teymur Rəcəbovun daha iki rəqibi müəyyənləşdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbovun da çıxış edəcəyi İddiaçılar Turnirinə daha iki vəsiqənin sahibi məlum olub.

Fanat.Az xəbər verir ki, FIDE Qran-Pri seriyasında topladığı xallara əsasən, macarıstanlı Rixard Rapport və ABŞ təmsilçisi Hikaru Nakamura bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək turnirə vəsiqə qazanıblar.

Qran-Prinin Almaniyanın paytaxtı Berlində davam edən sonuncu - üçüncü mərhələsində yarımfinala adlayan Nakamura xallarının sayını 20-yə çatdırıb və eyni göstəriciyə sahib Rapportla birlikdə ümumi sıralamada əlçatmaz olub. 

Xatırladaq ki, 24 şahmatçının qatıldığı Qran-Pri seriyasında Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edir. 37 yaşlı qrossmeyster Belqradda baş tutan ikinci mərhələdə qrup mərhələsini keçə bilməyib. O, bu gün yarımfinala vəsiqə uğrunda Vinsent Keymerlə (Almaniya) tay-breyk görüşü keçirəcək.

Teymur Rəcəbovun daha iki rəqibi müəyyənləşdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər