Teymur Rəcəbov İddiaçılar Turnirinə "sülh"lə başladı

Teymur Rəcəbov İddiaçılar Turnirinə "sülh"lə başladı

Bu gün İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri start götürüb.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeysterimiz birinci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

İddiaçılar Turniri I tur

Teymur Rəcəbov (Azərbaycan)- Alireza Firuzca (Fransa) 0,5:0,5 Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Macarıstan) 0,5;0,5 Dinq Liren (Çin) - Yan Nepomnyaşi (FIDE) 0:1 Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ) 1:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər