Libertadores Kubokunun finalının "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçiriləcək cavab görüşünün vaxtı açıqlanıb.
Fanat.Az Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) istinadən xəbər verir ki, qarşılaşma dekabrın 8 və ya 9-da keçiriləcək.
Argentina klublarının görüşünün yeri barədə məlumat verilməyib. Oyunun Argentinadan kənarda keçirilməsi gözlənilir.
Qeyd edək ki, komandalar arasında noyabrın 11-də keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı. Noyabrın 24-də keçirilməli olan cavab görüşü isə azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb.
Fanat.Az