İran çempionatında 18-ci turun oyunları keçirilib.
Fanat.az xəbər verir ki, bütöv Azərbaycanın tarixi paytaxtının təmsilçisi "Maşinsazi” də növbəti matçına çıxıb.
Təbrizlilər "Şəhr Xodru”nun qonağı olub. Güney Azərbaycan təmsilçisi 1:3 hesabıyla uduzub. Təbrizin daha məşhur "Traktor”u isə bu tur doğma meydanda "Zobahan”ı yenib – 2:1.
"Traktor” hazırda 33 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi” isə 23 xalla 9-cudu.
Fanat.Az