Tarixdə bu gün: Əlamətdar olaylar

Tarixdə bu gün: Əlamətdar olaylar
Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 29 iyul tarixində idman aləmində baş verən əlamətdar hadisələri təqdim edir:
Mirça Luçesku 
1945-ci ilin bu günü 6 qat Rumıniya çempionu (1964, 1965, 1971, 1973, 1975, 1977), 2 dəfə Rumıniya Kubokunun qalibi (1964, 1968), məşqçi olaraq - UEFA Kubokunun qalibi (2009), UEFA Super Kubokunun qalibi (2000), 2 qat Rumıniya çempionu (1990, 1999), 3 dəfə Rumıniya Kubokunun qalibi (1986, 1990, 1998), Rumıniya Superkubokunun qalibi (1999), 2 qat Türkiyə çempionu (2002, 2003), 8 qat Ukrayna çempionu (2005, 2006, 2008, 2010, 2011, 2012, 2013, 2014), 6 dəfə Ukrayna Kubokunun qalibi (2004, 2008, 2011, 2012, 2013, 2016), 7 dəfə Ukrayna Super Kubokunun qalibi (2005, 2008, 2010, 2012, 2013, 2014, 2015) Mirça Luçesku dünyaya göz açıb.
 
Tarixdə bu gün: Əlamətdar olaylar
Mirça Luçesku futbolçu olaraq hücumçu mövqeyində çıxış edib. Karyerasının böyük hissəsini doğulduğu şəhərin "Dinamo Buxarest" klubunda keçirib (1963-1977). 6 dəfə Rumıniya çempionu olub. Milli çempionatlarda 250 oyun keçirib və 57 qol vurub.
Rumınyalı futbol mütəxəssisi bir neçə il İtaliya və Türkiyə klublarında baş məşqçi olaraq fəaliyyət göstərib. "Qalatasaray"la UEFA Super Kubokunu və Türkiyə Çempionatını qazanıb. 2002-2004 -cü illərdə çalışdırdığı "Beşiktaş"ı da çempion edib.
Luçescunun adı daha çox Donetskin "Şaxtyor" klubu ilə bağlıdır. 2004-2016-cı illərdə çalışdırdığı komanda ilə birlikdə UEFA Kubokunu və 8 dəfə Ukrayna çempionluğunu qazanıb.
Hazırda Kiev "Dinamo"sunda baş məşqçi olaraq çalışır.
 
İlk beynəlxalq boks yarışı
 
Tarixdə bu gün: Əlamətdar olaylar 
1754-çü il 29 iyulda ilk qeydə alınmış beynəlxalq boks görüşündə İngiltərə çempionu Çek Slaks fransalı Jan Peti-ni nokauta salıb.
 
Karl Lyuis (Carl Lewis)
 
Tarixdə bu gün: Əlamətdar olaylar
1996-cı ilin bu günü Atlanta Olimpiadasında uzunluğa tullanma yarışında qalib gələrək 35 yaşlı amerikalı Karl Lyuis 9-cu dəfə Olimpiya çempionu olub və ardıcıl 4 oyunda qızıl medal qazanan 5-ci idmançı kimi tarixə düşüb.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər