Əfsanəvi Deku üçün əlamətdar gün

Əfsanəvi Deku üçün əlamətdar gün

Fanat.Az "Tarixdə bu gün" rubrikası çərçivəsində 27 avqust idman tarixində baş verən əlamətdar hadisələri sizə təqdim edir:  

Deku (Deco)

1977-ci ilin bu günü tanınmış portuqaliyalı veteran futbolçu Deku (Anderson Luis de Sousa) dünyaya göz açıb.

Karyerasının ən parlaq dönəmini "Barselona"da keçirən yarımmüdafiəçi klubun əfsanələrindən birinə çevrilib.

Əfsanəvi Deku üçün əlamətdar gün

Futbolçunun nəaliyyətlərini təqdim edirik:

Avropa çempionatının gümüş mükafatçısı (2004), 2 dəfə Çempionlar Liqasının qalibi (2004, 2006), UEFA Kubokunun qalibi (2003), 3 qat Portuqaliya çempionu (1999, 2003, 2004), 3 dəfə Portuqaliya Kubokunun qalibi (2000, 2001, 2003), 3 dəfə Portuqaliya Superkubokunun qalibi (1999, 2001, 2003), 2 qat İspaniya çempionu (2005, 2006), 2 dəfə İspaniya Superkubokunun qalibi (2005, 2006), İngiltərə çempionu (2010), 2 dəfə FA Kubokunun qalibi (2009, 2010), İngiltərə Super Kubokunun qalibi (2009), Portuqaliyanın ən yaxşı futbolçusu (2003/04), 2 qat UEFA -nın ən yaxşı yarımmüdafiəçisi (2003/04, 2005/06).

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər