1936-cı ilin bu günü İngiltərədə bütün futbol divizionlarında keçirilən 44 matçda 209 qol vurularaq rekord qeydə alınıb.
Fanat.Az xəbər verir ki, fevralın 1-də baş tutan bütün matçlarda orta göstərici ilə hər oyuna 4,75 qol vurulub. Ona qədər İngiltərə klublarının çıxış etdiyi liqalarda gün ərzində belə nəticə qeydə alınmayıb.
Ən maraqlı görüşlərin hesablarını təqdim edirik:
Birinci Divizion (Yüksək liqa): "Everton" - "Midlzbro" (5:2), "Sanderlend" - "Çelsi" (3:3), "Vest Bromviç" - "Liverpul" (6:1), "Brentford" - "Vulverhempton" (5:0) və "Birmonhem" - "Blekbern" (4:2) matçtları.
İkinci Divizion: "Şeffild" - "Norviç" (3:2), "Port Vale" - "Tottenhem" (1:5), "Lester" - "Blekpul" (4:1), "Vest Hem" - "Beri" (6:0), "Bradford" - "Nottingem Forest" (1:4).
Müqayisə üçün: 1936/37-ci illər mövsümündə Birinci Divizionda 462 oyun keçirilib. Bu görüşlərdə 22 klub 1555 qol vurub (hər oyuna orta hesabla 3,37 qol). Hhəmin il çempionluğunu qazanan "Mançester Siti" 107 qol vuraraq xüsusilə fərqlənib.
Emin