Tacikistan millisindən tarixi uğur

Tacikistan millisindən tarixi uğur

Tacikistan yığması tarixi uğura imza atıb.

Fanat.Az xəbər verir ki, milli komanda Asiya kubokunda 1/4 finala vəsiqə əldə edib.

Ötən gün 1/8 finalda Birləşmiş Ərəb Əmirlikləri millisi ilə keçirilən matçın əsas və əlavə hissəsi 1:1 hesabı ilə başa çatıb. Penaltilərdə 5:3 hesabı ilə rəqibini üstələyən taciklər mərhələni adlayıblar.

Bununla da, Tacikistan yığması tarixində ilk dəfə 1/4 finala vəsiqə əldə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər