Almaniya Superkuboku uğrunda "Laptsiq" və "Bayern Münhen" klubları üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Layptsiqdə, "Red Bull Arena"da baş tutan oyunda qapılara 8 qol vurulub. Qələbəni Münhen klubu qazanıb - 5:3.
Qeyd edək ki, "rekordmayster" ötən mövsüm Almaniya çempionu, "öküzlər" isə ölkə kubokunun sahibi olub.
Almaniya Superkuboku
Layptsiq - Bayern Münhen 3:5
Qollar: Halstenberq, 59, Nkunku, 77-pen. Olmo, 89 - Musiala, 14, Mane, 31, Pavard, 45, Qnabri, 66, Sane, 90+8.