Super kubokun təqvimi açıqlandı

Super kubokun təqvimi açıqlandı

Futbol üzrə İspaniya Super kubokunun təqvimi müəyyənləşib.  Fanat.Az xəbər verir ki, turnir 2023-cü ilin yanvar ayında Ər-Riyadda təşkil olunacaq.

Səudiyyə Ərəbistanındakı yarışda “Real”, “Barselona”, “Valensiya” və “Betis” mübarizə aparacaqlar.

Yanvarın 11-də keçiriləcək ilk yarımfinal oyununda “Real”la “Valensiya” görüşəcək. Ertəsi gün “Barselona” ilə “Betis” qarşılaşacaq. Final oyunu ayın 15-də baş tutacaq.

Qeyd edək ki, Super kubokun son qalibi “Real”dır. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər