"Mançester Yunayted"in sabiq hücumçusu və baş məşqçisi Ule-Qunnar Sulşer həmyerlisi Erlinq Holand barədə danışıb.
Fanat.Az "centredevils"ə istinadən xəbər verir ki, o, hazırda "qırmızı şeytanlar"ın əzəli rəqibinin - "Mançester Siti"nin uğurları üçün çalışan forvardı 2018-ci ildə MY rəhbərliyinə təklif etdiyini və "yox" cavabı aldığını açıqlayıb:
"O, "Molde"də iki mövsüm rəhbərliyim altında oynayıb. "Mançester Yunayted" rəhbərliyinə zəng vurdum və Holandı transfer etməli olduqlarını dedim. Bu, 2018-ci ilin yayında baş verib. Onun gələcəkdə əla performansla diqqət çəkəcəyini söyləsəm də, "yox" dedilər".
Nihat