"Mançester Yunayted" in baş məşqçisi Ule Qunnar Sulşer (Ole Gunnar Solskjaer) İngiltərə Premyer Liqasının 2-ci turunun "Sauthempton"la matçından sonra (1: 1) "müqəddəslər"in müdafiəçisi Cek Stevensin (Jack Stevens) yarımmüdafiəçi Brunu Fernandeşlə (Bruno Fernandes) toqquşması və Fredin avtoqolu ilə nəticələnən epizodu şərh edib.
Fanat.Az xəbər verir ki, "Sky Sports" mütəxəssisin dediklərini belə çatdırır:
"Deyəsən, futbol dəyişilir. Bütün epizodlara daha sürətli reaksiya vermək lazımdır. Qayda pozuntusu qərarı verilməyibsə sona qədər əminliklə oynamaq lazımdır. Bu deyilənlər Fredə aiddir. O bilmədi zərbənin qarşısını alır yoxsa qapımıza qol olmasına kömək edir. Burada şubhəli qərar da var idi. Düşünürəm ki, qoldan bir neçə saniyə əvvəl Brunu Fernandeşə qarşı olan kobudluğa görə oyunu saxlamaq lazım idi. Orada qayda pozuntusu var idi."
Xatırladaq ki, iki turun nəticəsinə görə "Mançester Yunayted"in 4 xalı var.
Emin Şəmsiyev