Sulşer gözlənilmədən vətəninə uçdu

Sulşer gözlənilmədən vətəninə uçdu

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer öz ölkələrinin millilərinə çağırılan futbolçulara 1 həftəlik istirahət imkanı verərək özü Norveçə uçub.

Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, mütəxəssis Skandinaviya ölkəsinə ailəsi ilə birlikdə yollanıb.

Çempionlar Liqasının qrup mərhələsinin ilk 4 turunda qazanılan nəticəyə görə postunda qalmaq ehtimalı artan Sulşer mövcud durumdan istirahət imkanı kimi yararlanıb.

MY ÇL-də F qrupunda mübarizə aparır. 7 xalı olan "qırmızı şeytanlar" qrup lideridir. İngiltərə Premyer Liqasında isə Mançester təmsilçisi 17 xalla altıncı pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər