Suares "çay gəlməmiş çırmandı": "Artırın pulumu!"

Suares "çay gəlməmiş çırmandı": "Artırın pulumu!"

"Barselona"nın hücumçusu Luis Suares hələ uzun müddət komandada qalmaq arzusundadı.

 

 

 

Fanat.Az-ın "El Mundo Deportivo”ya istinadən məlumatına görə, uruqvaylı forvard bununla bağlı rəhbərliyə müraciət edib.

 

32 yaşlı forvard klubdan yeni müqavilə təklifini gözlədiyini vurğulayıb. Ulduz futbolçu eyni zamanda maaşının artırılmasını da istəyir. Onun kataloniyalılarla hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək.

 

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"da top qovur.

 

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər