Stolüstü tennis üzrə ölkə çempionatı keçiriləcək

Stolüstü tennis üzrə ölkə çempionatı keçiriləcək

Sabah stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürəcək. 

Fanat.Az xəbər verir ki, “Şüa” idman kompleksində keçiriləcək yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar. 

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. Dörd gün davam edəcək yarışda fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. 

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər