"Aston Villa"nın baş məşqçisi Stiven Cerrard İngiltərə Premyer Liqasında növbəti iki oyunda iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, "Liverpul"un və İngiltərə millisinin keçmiş ulduzunun koronavirus testi müsbət çıxıb. Bu barədə onun klubu məlumat yayıb.
Cerrard "Çelsi" ilə bazar günü komandasının yanında ola bilməyəcək. 41 yaşlı mütəxəssis həmçinin, çərşənbə axşamı "Lids"lə görüşdə də karantində olacaq. Bununla belə, bu qarşılaşmanın baş tutub-tutmayacağı hələ məlum deyil. Bu yaxınlarda "Aston Villa"da da bir neçə yoluxma faktı qeydə alındığına görə, dekabrın 18-də "Börnli" ilə oyun da ləğv edildi. Ümumilikdə Premyer Liqa 13 oyun, o cümlədən "Boxing Day" üçün planlaşdırılan üç matç üçün uyğun tarixlər tapmalıdır.
Qeyd edək ki, Cerrard noyabr ayında yeddiqat İngiltərə çempionu "Aston Villa"nı təhvil alıb və onun gəlişimdən sonra komanda altı oyunda dörd qələbədən qazanıb. Cerrardın rəhbərlik etdiyi kollektiv yalnız top komandalar olan “Mançester Siti” (1:2) və “Liverpul”a (0:1) məğlub olub.