"Mançester Siti"nin futbolçusu Rahim Sterlinqin əhvalı irqçi şüarlarla pozulub. Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 16-cı turunda səfərdə "Çelsi"yə uduzan (0:2) MS-nin üzvü rəqib komandanın azarkeşlərinin təzyiqi ilə üzləşib. Bir qrup tərəfdar 24 yaşlı futbolçunu "pis zənci” sözlərinə "qonaq edib”.
İrqçilik edən azarkeşlərə qarşı London polisi tərəfindən araşdırma başladılıb.
Fanat.Az