Stadiona Mərakeş millisinin ulduzunun adı verildi

Stadiona Mərakeş millisinin ulduzunun adı verildi

Mərakeşin Əl-Kasir əl-Kabir şəhərindəki stadion ölkənin millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakiminin adını daşıyacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı Hakimi sosial şəbəkə hesabı üzərindən yayıb.

24 yaşlı oyunçu doğma şəhərində təşkil edilən açılış mərasiminə qatıldığını, stadiona onun adının verilməsindən qürur duyduğunu açıqlayıb. Hakimi şəhər rəhbərliyinə və əhalisinə böyük dəyərə görə təşəkkürünü çatdırıb.

Xatırladaq ki, Mərakeş millisi DÇ-2022-də Afrika komandalarının indiyədək bacarmadığı nəticəni reallaşdırıb. Sözügedən yığma mundialın yarımfinalına qədər irəliləyib.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər