Batumidə yeni tikilən stadiona ad sponsoru seçimi ilə bağlı auksion keçirilib.
Fanat.Az xəbər verir ki, auksionu Gürcüstanın bukmeker kontoru "Adjarabet" qazanıb.
Qurumun rəsmi saytının yaydığı xəbərə görə, stadion 5 il müddətində "Adjarabet Arena" adlanacaq. Şirkət bunun üçün 8,75 milyon lari (2,7 milyon dollar) ödəyib.
Anlaşmaya əsasən, "Adjarabet" şirkəti hər il 1,75 milyon lari (557 min dollar) stadionun hesabına köçürəcək.
Qeyd edək ki, auksion 8 iyunda keçirilib. Başlanğıc qiymət 1 milyon lari (318 min dollar) olub.
Aygün