"Spartak" sabiq çalışdırıcısını qaytarır

"Spartak" sabiq çalışdırıcısını qaytarır

Moskva "Spartak"ı baş məşqçisini dəyişməyi düşünür. 

Fanat.Az “Euro-football"a istinadən xəbər verir ki, “qırmızı-ağlar” “Rostov”un çalışdırıcısı Valeri Karpini geri qaytarmaq istəyir.

Gilyermo Abaskalla ayrılmağı planlaşdıran paytaxt klubu Karpinə əsas namizəd gözü ilə baxır.  34 yaşlı ispaniyalı mütəxəssis 2022-ci ilin iyunundan “xalq komandası”nın baş məşqçisidir. Onun müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

“Spartak” bu ərəfədə “Akron”a sensasiyalı şəkildə məğlub olaraq Rusiya kubokunda mübarizəni dayandırıb. “Qırmızı-ağlar” Premyer Liqada üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, Valeri Karpin 2009-2014-cü illərdə "Spartak"ı çalışdırıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər