"Spartak" ispan mütəxəssisə tapşırıldı

"Spartak" ispan mütəxəssisə tapşırıldı

Moskva "Spartak"ı yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az Rusiya klubunun saytına istinadən xəbər verir ki, bu, 33 yaşlı Gilyermo Abaskaldır.

Abaskalın son iş yeri İsveçrənin "Bazel" klubu olub. İspan mütəxəssis bu ilin əvvəlindən çalışdırmağa başladığı "Bazel"lə çempionatın gümüş medallarını qazanıb.

Xatırladaq ki, "Spartak" dünən komandanın italiyalı baş məşqçisi Paolo Vanoli ilə yolları ayırdıqlarını bəyan etmişdi.  

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər