Spalletti "Neapol"a "qiymət oxudu" - MƏBLƏĞ

Spalletti "Neapol"a "qiymət oxudu" - MƏBLƏĞ
"Napoli"nin baş məşqçi postuna gətirmək istədiyi Luçano Spallettinin istədiyi maaş bəlli olub.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı neapollulardan illik 4 milyon avro əməkhaqqı tələb edib.
Sözügedən klubun prezidenti Aurelio De Laurentis isə ona 2,5 milyon avrodan da az maaş vermək istəyir. Tərəflər ortaq məxrəcə gələ bilsə, mütəxəssis mövsümün sonunda rəsmi müqaviləyə qol çəkəcək.
Xatırladaq ki, Spalletti 2019-cu ildə "İnter"dən istefaya göndəriləndən bəri işsizdir.
Atilla
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər