Şotlandiyalı əfsanə dünyasını dəyişdi

Şotlandiyalı əfsanə dünyasını dəyişdi

2023-cü ilin ilk günü "Seltik" üçün acı xəbərlə yadda qalıb.

Fanat.Az xəbər verir ki, bu klubun və Şotlandiya futbolunun məşhur simalarından olan Frenk Makqarvi xərçənglə uzun sürən mübarizədən sonra 66 yaşında vəfat edib.

Bu barədə "Seltik"in mətbuat xidməti məlumat yayıb. 

Şotlandiyalı hücumçu "Seltik"də beş mövsüm ərzində 245 oyuna çıxaraq 109 qol vurub. O, klubla iki çempionluq, kubok və Şotlandiya Superkubokunu qazanıb. 

Frenk Makqarvi "Seltik"dən başqa, "Sent Mirren" və "Liverpul" kimi tanınmış klublarda, o cümlədən Şotlandiya millisində oynayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər