Şota Arveladze çempion oldu, istefa verdi

Şota Arveladze çempion oldu, istefa verdi
Özbəkistanın "Paxtakor" klubunun baş məşqçisi Şota Arveladze ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə 47 yaşlı gürcü mütəxəssis sosial şəbəkə hesabından paylaşım edib.
Baş məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: "Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, 2017-ci ildən "Paxtakor"da işləyən Şota Arzeladze 2019 və 2020 mövsümündə Özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda "Alkmaar", Türkiyədə "Kayserispor", "Kasımpaşa" və "Trabzonspor"a rəhbərlik edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər